Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Nardaranda Xanım Zeynəbin (s.ə)mövlüd tədbiri

Nardaran qəsəbəsi Xanım Zeynəb meydanında Xanım Zeynəb (s.ə)-nın mübarək mövlüd mərasimi keçrildi.

Bildiyimiz kimi Cəmadiyəl-əvvəl ayının 5-də İslam Peyğəmbərinin (s.) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, Həsəneynin (ə) bacısı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə.) mübarək mövlud günüdür. Bu münasibətlə, Nardaran qəsəbəsində yerləşən Xanım Zeynəb meydanında Xanım Zeynəb (s.ə)-nın mübarək mövlüd mərasimi keçrildi.

Mərasim müqəddəs kitabımız Qurani-Kərimin Hacı Mütəhhər qardaşımız tərəfindən tilavət olunması ilə açııldı. Müqəddəs ayələrin tilavətindən sonra salavat zikr olunmuş, ardınca mərasimin aparıcısı dəyərli ruhanimiz, ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Şeyx Fədai (Hacı Nuhbala) və Nardaran kəndinin izzətli ağsaqqalı Hacı Adil giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (ə.f.) əziz mövlud münasibətilə təbrik etdilər.

Hüccətul islam vəl muslimin Şeyx Fədai Zeynəbi-Kübranın (s.ə.) həyatından və onun mübarizəsindən bəhs edən çox gözəl xütbə etdi.

Daha sonra mübarək mövlud mərasimi Seyid Hacı Taleh qardaşımızın rəhbərliyi ilə "Azərbaycan" ilahi nəğmələr qrupuna həvalə edildi. "Azərbaycan" ilahi nəğmələr qrupunun ifasında səslənən gözəl ilahilər mərasim iştirakçılarına xüsusi zövq bəxş etdi.

Mübarək mövlud mərasimində həmçinin, dəyərli ruhanimiz, ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Əlihüseyn Nuriyev də iştirak edərək mərasim iştirakçılarına öz gözəl moizəsi ilə qiymətli bilgilər əta etdi./nardaranpiri.com /

Mövlud tədbiri "Fərəc" duasının cəmlə ifası ilə sona çatdı.


 
 

1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36