Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Lənkəranda Xanım Zeynəbin mövlud mərasimi keçirilib (Foto)

Tədbirdə adı Zeynəb olan xanımlara da müxtəlif hədiyyələr təqdim olunub

Bu gün İslam Peyğəmbərinin (s) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, Həsən və Hüseynin (ə) bacısı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə.) mübarək mövlud günüdür. Bu münasibətlə Lənkəran şəhər möminləri “Əbəlfəzl” məscidində mövlud mərasimi təşkil ediblər.

Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunması ilə başlayıb. Müqəddəs ayələrin tilavətindən sonra salavat zikr olunmuş, ardınca mərasimin aparıcısı giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və zəmanə İmamını (ə.f.) əziz mövlud münasibətilə təbrik edib.

Tədbirdə ilahiyyatçı alimlər Seyid Ağarəşid Talıbov, Seyid Elman Ağazadə, Seyid Nazim Ocaqov, Rövşən Şərifzadə və digərləri iştirak ediblər.

Tədbridə ruhani Seyid Ağarəşid Talıbov geniş nitqlə çıxış edərək, Xanım Zeynəb (s.ə) və Əhli-Beyt həyatına dair bilgilərlə çıxış edib.

Daha sonra məddah Kərbəlayi Vidadi Xanım Zeynəbə (s.ə) həsr edilmiş bir-birindən gözəl şeirlər və surudlarla oxuyub. Tədbirin sonunda İslam tarixindən suallar verilib, cavablandıran şəxslərə hədiyyələr təqdim edilib. Həmçinin tədbirdə adı Zeynəb olan xanımlara da müxtəlif hədiyyələr təqdim olunub.

Məclisin sonunda ehsan süfrəsi verilib və "Fərəc" duasının cəmlə ifası ilə tədbir sona çatmışdır./Cenubnews.com/



















1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31