Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Alman qızları da Suriyadakı “nikah cihadı”na gedirlər - Foto

Almaniyanın Die Welt qəzeti bu barədə hesabat yayımlayıb. Məlumatda deyilir: Cavan qızların itməsi və evə qayıtmaması haqqında polisə verilən məlumatların artması fonunda Almaniya polisi araşdırmalara başlayıb. Məlum olub ki, onlar Suriyadakı “mömin mücahidlərin” azğın cinsi tələbatını ödəmək məqsədilə Suriyaya gedir və “mömin qardaş”larla “nikah cihadı” edirlər.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına görə, terrorçu vəhhabilər ölkənin cavanlarının beynini yuyur, onları öz pis niyyətlərinə tərəf çəkirlər.
Die Welt qəzeti məlumat verir ki, 20-dən çox alman qızı Suriyaya gedərək ifratçı terrorçularla “evlənmişlər”.
Bu arada, Almaniya polisi atası Əlcəzairdən, anası Almaniyadan olan Soniya adlı bir qız haqqında məlumat əldə edir. Polisin təxirəsalınmaz araşdırması nəticəsində bu 16 yaşlı “möminə xanım“ Almaniyanın cənubunda saxta sənədlərlə həbs edilmişdir.
Araşdırma nəticəsində məlum olub ki, o Suriyaya getmək və özündən öncə ora getmiş “bacı”lara qoşulmaq istəyib. Soniya istintaqa ifadəsində deyib ki, ən böyük arzusu Peyğəmbərin (s), səhabələrin xanımları kimi döyüşdə iştirak edən ərlərinin yanında olmaq olub.
Soniya deyib ki, o və onun sinif yoldaşları internet vasitəsilə cəlb olunublar və (Suriyaya qüvvə cəlb etmək və göndərmək üçün fəaliyyətdə olan şəxslərdən) kimsə ilə münasibətdə olmayıblar. Soniyadan “nikah cihadı” və döyüşçülər arasından ondan-buna, əldən-ələ “ötürülmə” haqqında məlumatının olub-olmaması soruşulanda, o belə cavab verib: Bütün bunlar yalandır və doğru deyil.
Qeyd edək ki, 2013-cü ilin sonunda Suriyadakı alman döyüşçülərin sayı 200 nəfər idisə, bu ilin əvvəlində onların sayı 300 nəfərə çatmışdır. Bu barədə Almaniyanın məxfi xidməti bildirmişdir ki, almaniyalı döyüşçülər Suriyanın şimalında özləri üçün “Almaniyalı Döyüşçülər Taboru” təşkil etmişlər.


2442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi