Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Gürcüstanda azərbaycanlılar torpaq tələbi ilə aksiya keçiriblər

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulinin Baydar kəndində 60 nəfərin iştirak etdiyi aksiya keçirilib.
Kənd sakinləri torpaq tələbi ilə çıxışlar ediblər. Sakinlər bildiriblər ki, illərlə kənd sakinlərinin əkdikləri 70 hektar əkin sahəsi və 40 hektar otlaq sahə onların əllərindən alınaraq, qeyri-qanuni yolla başqalarına satılıb. Aksiyada Gürcüstan hakimiyyətindən bu vacib məsələni araşdırmaq tələb olunub.

Kənd sakinləri daha sonra Kvemo-Kartli quberniya rəhbərliyinə tələblərini bildirmək üçün Rustavi şəhərinə gediblər. Kvemo-Kartli bölgə qubernatorunun müavini Ramin İsmayılov 5 nəfəri qəbul edərək onların tələbi ilə tanış olub. R.İsmayılov aksiya iştirakçılarının tələb etdikləri 110 hektar torpaq sahəsi 2007-2009-cu illərdə hərrac vasitəsilə satıldığını bildirib: “Torpaqların qeyri-qanuni yolla kimlərə satılması prosesi araşdırılmalıdır. Bunun üçün sakinlər məhkəməyə müraciət etməlidir”.

Qubernator müavini onu da əlavə edib ki, yeni hakimiyyətin fəaliyyəti dövründə torpaq satışı ilə bağlı heç bir hərrac keçirilməyib: “Yaxın gələcəkdə Gürcüstan parlamenti torpağın icarəyə və satışa verilməsi üçün yeni qanun qəbul edəcək. Torpaqlar heç vaxt xarici vətəndaşlara satılmayacaq və torpaq ilk öncə onun ilk sahiblərinə veriləcək”.
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10