Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ həbsdən azad edilib

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ həbsdən azad edilib.

Bu barədə qərar İstanbul 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən bu gün qəbul edilib.

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi martın 6-da Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun fərdi müraciətinə baxaraq, İ.Başbuğ haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə onun vəkilinin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmamasını fərdin azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirib.

“Ergenekon” işinə baxan İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi İ. Başbuğ haqqında məhkəmə qərarının izah hissəsinin hələ yazılmadığını səbəb göstərərək vəkilin vəsatətini baxış üçün qəbul etməmişdi.

İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi ləğv olunduğundan Türkiyə Konstitusiya Məhkəməsinin qərarı əsasında işə yenidən baxan 20-ci Ağır Cinayətlər Məhkəməsi bu gün İ. Başbuğun azadlığa buraxılmasına qərar verib./apa/
1558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib