Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Ədalət Partiyasının sədri İlyas İsmayılov MSK-nı məhkəməyə verib

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov MSK-nı məhkəməyə verib.

Partiyadan  verilən məlumata görə, partiya sədrinin iddia ərizəsində deyilir ki, parlamentin bəzi deputatlarının Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması, bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi üçün MSK-ya 3 dəfə eyni məzmunlu deputat sorğuları təqdim edilib: "Qeyd olunan sorğular cavabdeh təşkilat tərəfindən qəbul edilib, lakin bu günədək onlara qanunsuz olaraq cavab verilməyib. Hər şeydən əvvəl Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə görə vətəndaşlara dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Qeyd olunan konstitusion müddəa bir sıra qanunvericilik aktları ilə konkretləşdirilərək tənzimlənib: “Ona görə də hesab edirəm ki, MSK-nın üzərinə “Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi barədə” tərəfimdən təqdim edilmiş üç sorğuma cavab verilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarasınız”.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən İ.İsmayılov Mərkəzi Seçki Komissiyasına (MSK) ünvanladığı üç sorğusuna cavab verilməsi üçün sədr Məzahir Pənahovun üzərinə öhdəliyin qoyulması haqqında məhkəmə qərarı çıxarılmasını xahiş edib.

MSK-nın sədr müavini Natiq Məmmədov isə bildirib ki, hələ ki onlarda bu müraciətlə bağlı rəsmi heç bir məlumat yoxdur: “Əgər İlyas İsmayılov məhkəməyə müraciət edibsə, o zaman bizə bildiriş göndərilməlidir. Bildiriş göndərildikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavab verməyə hazırıq”./apa/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55