Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası təxirə salınıb

Kiyevin təşəbbüsü ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının növbəti iclası martın 10-dan tez baş tutmayacaq.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Yeqor Pivovarov bəyan edib.

“Şənbə gününə planlaşdırılan iclas təxirə salınıb”, deyə Pivovarov bildirib. Hazırda iclasın martın 10-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, son həftə ərzində BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə dörd görüşü baş tutub. Onlardan ikisi açıq, daha ikisi bağlı iclas rejimində keçirilib.
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP