Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Venesuelanın prezidenti Yanukoviçi "çevrilişin qurbanı" adlandırıb

Venesuelanın prezidenti Nikolas Maduro hesab edir ki, vəzifəsindən kənarlaşdırılan sabiq Ukrayna prezidenti Viktor Yanukoviç NATO-nun dəstəyi ilə həyata keçirilən dövlət çevrilişinin qurbanı olub.

France-Presse agentliyinin verdiyi məlumata görə, bu barədə Maduronun administrasiyasının açıqlamasında bildirilir.

“Prezident Maduro ABŞ rəhbərliyi və NATO-nun dəstəyi ilə ekstremist qruplaşmalar tərəfindən Ukraynada həyata keçirilən dövlət çevrilişini qətiyyətlə pisləyir”, - bəyanatda deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, yeni hakimiyyət Ukraynanın bütövlüyünü təhlükə altına alır. Maduro əmindir ki, ABŞ-ın hərəkətləri regiondakı sabitlik və Rusiyanın suverenliyinə zərər gətirə bilər./apa/
1197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19
Tramp: "Ruslar çox a