Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

İqtidardakı “nurçu savaşı” pik həddə

Əli Həsənov bütün kartları açdı; Qarşı tərəf rəqiblərinə ciddi zərbə vurmağa hazırlaşır

Paşayevlər və Ramiz Mehdiyev arasında gedən bu savaşdan kim qalib çıxacaq?


Nəhayət, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iqtidardakı “nurçu savaşı”na münasibət bildirdi. Şöbə müdirinin danışacağı gözlənilən idi. Çünki “nurçu savaşı”nda adı hallandırılan məmurlardan biri də o idi. Hətta bəzi mülahizələrə görə, bu savaşı başladan da elə Əli Həsənovdur.
Hər halda qarşı tərəfin, yəni, nurçuluqda ittiham olunan Prezident Administrasiyasının başqa bir şöbə müdiri Elnur Aslanovun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun açıqlamaları birbaşa Əli Həsənova yönəlmişdi. Bu barədə qəzetimizin ötən saylarında yazmışıq. Ona görə də təkrarçılığa varmadan Əli Həsənovun məsələyə münasibətini oxuculara təqdim etməyi daha məqsədəuyğun bilirik.
Şöbə müdiri Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda deyib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma olduğunu yazır: “Yazırlar ki, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil”. O, daha sonra bildirib ki, cəmiyyətdən gələn müəyyən siqnallar var və Prezident Adminsitrasiyasının şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Əli Həsənov əlavə edib ki, dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: “Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik”.
Şöbə müdirinin fikirlərini şərh etməzdən əvvəl bir maraqlı məqamı diqqətə çatdırmaq istəyirik. Söhbət yazıçı Kamal Abdullanın Mətbuat Şurası tərəfindən təşkil olunan konfransda görünməməsidir. Axı Kamal Abdulla əvvəlki tək Bakı Slavyan Universitetinin rektoru deyil. O, bir neçə gün əvvəl millətlərarası multikulturalizm, dini məsələlər üzrə Dövlət Müşaviri təyin edilib. Konfrans da məhz Kamal Abdullanın səlahiyyət çərçivəsinə daxil olan məsələyə həsr edilib.
Dövlət müşavirinin sözügedən tədbirə dəvət olunub-olunmadığını deyə bilmərik. Bu barədə hər hansı bilgimiz yoxdur. Fakt ondan ibarətdir ki, Kamal Abdulla həmin tədbirdə görünməyib. Bu da bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, Mətbuat Şurasının konfransı sadəcə Əli Həsənovun rəqiblərinə cavab olaraq təşkil edilib. Və konfransa yalnız şöbə müdirinin maraqlarına cavab verən şəxslər dəvət edilib.
Indisə keçək Əli Həsənovun fikirlərinə. Əli Həsənov çox açıq danışıb və onun dediklərini “tərcümə” etməyə ehtiyac yoxdur. O, açıq şəkildə məmurlar arasında nurçuluğa meyllənmənin, hətta Prezident Administrasiyasında belə halların olduğunu təsdiqləyib. Şöbə müdiri yalnız onu inkar edib ki, heç kimə qarşı kompramat savaşı aparmır və bu məsələdə rəqiblərinin ondan şübhələnməsi əsassızdır.
Redaksiyamıza daxil olan məlumatlara görə, qarşı tərəf də Əli Həsənova qarşı ciddi hücuma hazırlaşır. Onlar rəqiblərini Dialoq Avrasiya Platforması ilə “vurmağa” çalışırlar. Bu qurum nurçuların siyasi qolu hesab edilir. Və Platformada Azərbaycandan təmsil olunanların əksəriyyəti - Nizami Cəfərov, Məlahət Ibrahimqızı və digərləri Əli Həsənovun daxil olduğu qruplaşmaya yaxındır. Beləliklə, qarşı tərəf Əli Həsənov və təmsil olunduğu qrupun nurçu olduğunu sübut etmək üçün ictimaiyyətə ciddi faktlar təqdim etmək niyyətindədir.
Məlumatlarda o da deyilir ki, əslində bu Əli Həsənov - Elnur Aslanov savaşı deyil. Bu Ramiz Mehdiyevlə Paşayevlər arasında gedən savaşdır. Bu savaşdan kimin qalib çıxması isə Türkiyədəki seçkilərdən asılıdır./azadlıq/
1597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı