Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Krım Rusiyaya birləşənə qədər qrivni və rubldan istifadə edəcək

Bunu muxtar respublikanın Nazirlər Şurası sədrinin müavini Rüstəm Temirqaliyev deyib

"Krım Muxtar Respublikasının Rusiyaya birləşməsi bir il vaxt aparacaq. Bu müddət ərzində regionda Ukrayna qrivni və Rusiya rublu dövrədə olacaq".

Bunu muxtar respublikanın Nazirlər Şurası sədrinin müavini Rüstəm Temirqaliyev deyib.

“Krım Rusiyaya birləşənə qədər hər iki valyutadan – qrivni və rubl – istifadə olunacaq. Pensiya və sosial vəsaitlər, əmək haqları Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq indeksləşdiriləcək. Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi proseduru sadələşdirilmiş formada həyata keçiriləcək. Mülkiyyət hüquqları saxlanacaq, yalnız formal və pulsuz yenidən qeydə alınma tələb ediləcək. Krım vətəndaşlarına Ukrayna ali məktəbləri tərəfindən verilmiş diplomlar Rusiya Universitetlərindəki diplomlarla eyniləşdiriləcək. Ümumiyyətlə, hər şey krımlıların rahatçılığı üçün ediləcək”, deyə Rüstəm Temirqaliyev bildirib./ans/
1225 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı