Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Bakı metrosunda partlayış səsi təşvişə səbəb oldu

Metronun “Elmlər Akademiyası” stansiyasında problem yaranıb. Hadisə şahidlərinin Ans-ə verdiyi məlumata görə, Həzi Aslanovdan Dərnəgül stansiyası istiqamətində hərəkət edən qatar tuneldə tüstülənməyə başlayıb. Sərnişinlər bundan bərk qorxuya düşərək qapıları, pencərələri döyəcləməyə başlayıblar. Qapılar tunelin ortasında açılıb və camaat həyacanlı şəkildə platformaya qaçıblar.

Baş verənlərdən qorxuya düşənlər arasında həyacandan yıxılanlar da olub.

Metro bir müddət fəaliyyətini dayandırıb.

Metro işçilərinin verdiyi məlumata görə, qatar platformaya daxil olan zaman qısa qapanma yaranıb və tüstülənməyə başlayıb. Qısa qapanma nəticəsində işıqlardan bir neçəsi partlayıb. Tüstü və partlayış səsləri sərnişinləri vahiməyə salıb və panikaya düşüblər.
1819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18