Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Krım hökuməti: “Sevastopolda hərbi bazaya hücum olmayıb”

Krımın yeni baş naziri Sergey Aksyonov Sevastopolda hərbi bazaya hücum olduğunu inkar edib.

UNN saytının verdiyi məlumata görə, bu barədə Aksyonov televiziya vasitəsi ilə açıqlama verib.

Onun sözlərinə görə, hərbi hissəni ələ keçirmə cəhdləri olmayıb. “Mən bu dəqiqə oraya zəng etdim, heç bir hücum olmayıb, vətəndaşların təhlükəsizliyinə hər hansı təhdid yoxdur”, - deyə Aksyonov bildirib.

Bundan əvvəl, Ukraynanın müdafiə nazirliyi və bir sıra yerli KİV-i Sevastopolda rus hərbçiləri tərəfindən hərbi hissəyə hücum haqqında məlumat yayıblar.
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP