Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Pakistan hakimiyyəti «Taliban»a qarşı savaşa başlayır

Pakistanın müdafiə naziri Xəfəcə Asif bu ilin martında ölkənin silahlı qüvvələrinin Əfqanıstanla sərhəddə «Taliban»a və bu quruma bağlı yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyata başlayacaqlarını bildirib.

O, bu bəyanatı İslamabadda «taliban» yaraqlılarının məhkəməsi zamanı binaya açılan atəş nəticəsində 11 nəfər həlak olandan sonra verib.

Asif bildirib ki, «taliban» atəşkəslə bağlı öhdəliyini yerinə yetirmək imkanına malik deyil və hakimiyyət bu təşkilatın mövqelərinə həmlə etməkdən çəkinmir.

Müdafiə naziri bildirib ki, ilk növbədə Şimali Vəziristanın Əfqanıstanla sərhədində, indiyədək Pakistan hərbçilərinin ehtiyat etdiyi bölgədə əməliyyat keçiriləcək./lentaz/
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...