Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Rusiya parlamenti Krımda keçiriləcək referendumu dəstəkləyib

Krımda Rusiya tərkibinə girmək məsələsi ilə bağlı martın 16-na təyin olunmuş referendum Dövlət Duması və Federasiya Şurasının bütün fraksiyaları tərəfindən dəstəklənib

Əgər Krım Rusiyanın tərkibinə gorməyə qərar verərsə, Rusiya parlamenti bu qanunu yejdilliklə qəbul edəcək

İnterAz-ın Rusiya bürosu xəbər verir ki, Krımda Rusiya tərkibinə girmək məsələsi ilə bağlı martın 16-na təyin olunmuş referendum Dövlət Duması və Federasiya Şurasının bütün fraksiyaları tərəfindən dəstəklənib. Bununla da tamamilə aydındır ki, əgər Krım əhalisi Rusiyaya subyekt qismində yarımadanın qoşulmasına səs versələr, müvafiq qərar tez bir zamanda Rusiya parlamentində yekdilliklə qəbul ediləcək.

“Vətəndaşların iradəsi bir siyasətçi və bir insan kimi mənim üçün müqəddəsdir və biz bunu maksimal dərəcədə dəstəkləyəcəyik”, - deyə Krım parlamentinin Moskvaya gəlmiş üzvləri ilə görüşdə Rusiya kommunistlərinin lideri Gennadiy Zyuqanov bildirib. “Rusiya vətəndaşlarının böyük əksəriyyəti Krım Ali Sovetinin qəbul etdiyi qərarları fəxrlə qəbul edir”, - deyə Dumanın “Vahid Rusiya” partiyasından olan millət vəkili, vitse-spiker Sergey Jeleznyak qeyd edib.

Rusiya liberal-demokratların lideri Vladimir Jirinovskiy hesab edir ki, Krım parlamentinin qərarı milyonlarla Rusiya vətəndaşını sevindirib. “45-ci ildən bəri belə xoş xəbər almamışdıq. Mən sizi inandırmaq istəyirəm ki, hər bir şey Krım xalqının istədiyi kimi olacaq. Sizin heç bir şübhəniz olmamalıdır. Adlarınız Krımın tarixinə həkk olunacaq”, - deyə o qeyd edib.

“Ədalətli Rusiya” partiyasının fraksiya rəhbərinin müavini Mixail Yemelyanov təsdiq edib ki, millət vəkilləri referendumun yekunlarını dəstəkləyəcək, Rusiya Krıma lazımi maliyyə yardımı göstərəcək və yaxın zamanlarda dövlət büdcəsinə müvafiq dəyişikliklər edəcək.

Dumanın MDB komitəsinin sədri Leonid Slutskiy birmənalı olaraq bildirib ki, referendumdan bir neçə gün sonra Duma Krım xalqının qərarını sənədlşdirəcək.

Krımın Rusiya tərkibinə daxil olmasına dair referendumun qərarını Federasiya Şurası tərəfindən də dəstəklənəcəyi barədə yuxarı palatanın spikeri Valentina Matviyenko əmin edib.

Rusiya millət vəkillərinin sevincinin əksi olaraq Kiyevdə məsələ ilə bağlı cinayət işləri açılmaqdadır.

Rusiyalı ekspertlər isə Krımın illik olaraq Rusiya büdcəsinə 2,5-3 mlrd dollara başa gələcəyini bildirirlər.
1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34
Bu