Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Hümsdə törədilən partlayışda 17 nəfər həlak olub

30-dan artıq insan yaralanıb

Suriyanın Hüms əyalətində törədilən terror aktında onlarla insan ölüb və yaralanıb.

İnterAz-un SANA agentliyinə istinadla verdiyi xəbərə görə, hücum şəhərin əl-Ərmən küçəsində təşkil edilib. Nəticədə 17 nəfər ölüb, 30-dan artıq insan yaralanıb.

Bildirək ki, Suriyada gedən qarşıdurmalar ötən gün də səngiməyib. Müxalifət mənbələri Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərindəki Yəbrud rayonunda müxtəlif qruplaşmalara mənsub silahlılardan 17–nin öldüyünü bildiriblər.

Paytaxt Dəməşqdə isə Səudiyyə Ərəbistanı səfirliyinin həyətinə minomyot raketləri düşüb. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, toqquşmalar ölkənin Hələb, ər-Riqqə, Dirəzzur, İdlib və Həma şəhər və əyalətlərində də qeydə alınıb.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
0