Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Metroda kütləvi işdən çıxarmalar başlayır

Elxan Hüseynov xeyli işçinin ərizəsini alıb

Bakı Metropolitenin yeni rəisi Elxan Hüseynov qurumun rəhbərliyində xeyli işçinin işdən çıxmaq barədə ərizəsini alıb. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, yaxın günlərdə metropolitendən xeyli adamın işdən çıxarılması elan edilə bilər. Həmin şəxslərin əhəmiyyətli hissəsi keçmiş Tağı Əhmədova yaxınlığı ilə seçilir.

Elxan Hüseynov həmçinin metrodakı ticarəti də yığışdırmaq niyyətindədir. Məlumatlara görə, bu bütün metropoliteni əhatə etməsə də, bir çox stansiyalarda ticarət yığışdıralacaq. Bildirilir ki, yeni rəis ticarətin yığışdırılmasına “Koroğlu” stansiyasından başlamağı düşünür. Məlumatlara görə, bu Avropa Yay Olimpiya Oyunları ilə əlaqədardır.

Məlumatda bildirilir ki, Elxan Hüseynov metrodakı ticarətə nəzarət edən Tağı Əhmədovun yaxın adamlarını qurumdan uzaqlaşdırmaq niyyətindədir.
1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40<