Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

“100 dollar rüşvət versəydim, oğlum təqaüd alardı”

Naxçıvanda əlil atası mübarizə aparmağa gücü qalmadığını deyir

Naxçıvanda bir qrup təqaüdçü xəstəliyə görə aldıqları müavinətin əsassız olaraq dayandırılmasından şikayətçidirlər. Şikayətçilərin sözlərinə görə, ildə bir dəfə keçdikləri həkim komissiyalarında onlara maneələr yaradılır. Üstəlik, lazımi rəy əvəzi həkimlərin onlardan rüşvət tələb etdiyi də bildirilir.

Babək rayon sakini Qadir Quliyev deyir ki, məhz bu səbəbdən uzun müddətdir gözdən əlil oğlu Zahir Quliyevə verilən təqaüdü artıq ala bilmirlər. Onun sözlərinə görə, 11 il müxtəlif şikayət üsulları ilə rüşvət vermədən oğlunu komissiyalardan keçirə bilib. Artıq mübarizə aparmağa gücü qalmadığından hazırda oğluna təqaüd ala bilmir:

“Niyə rüşvət verməliyəm?”

“Təqaüdün dayandırılmasının səbəbini öyrənmək üçün yazılı surətdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi fonduna, daha sonra Babək rayonunun yerli şöbəsinə müraciət etmişəm. Istədiyim odur ki, təqaüdün dayandırılma səbəbi haqqında yazılı sənəd alam. Nə sənədi verirlər, nə də izah edirlər ki, nəyə görə belədir. Deyirlər ki, nazir imkan vermir. Əslində isə 10 il davamlı təqaüd alan hər bir vətəndaşın müddətsiz təqaüd almaq hüququ var. Buna görə ”sobez"dən rüşvət istədilər, vermədim, dedilər onda get komissiyadan keç. Komissiya da pul istədi. Sonuncu dəfə məhkəməyə müraciət etdim, 6 ay süründürdülər, məndə şəkər xəstəliyi yarandı. Indi qorxuram ki, ora bura şikayət edərəm, xəstəliyim ağırlaşar. Ona görə də boş verdim. Əslində 100 dollar rüşvət versəydim, indi oğlum təqaüd alardı. Ancaq niyə rüşvət verməliyəm? Indi oğlum da bezib, küsüb həyatdan çıxıb gedib Türkiyəyə. Deyir ki, bezmişəm Naxçıvandan, gəlmək istəmirəm. Insanları bu cür bezdirib didərgin salırlar".

Naxçıvan Muxtar Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi fondundan suallarımızı cavablandırmaq istəmədilər.

Babək Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən isə əlillərdən rüşvət istəmələri ilə bağlı deyilənləri rədd etdilər:

“Burda heç kim rüşvət almır”

“Burda heç kim rüşvət almır. Gedin rüşvəti kim alır onu danışdırın. Bir də bura zəng etməyin”.

Hüquqşünas Namizəd Səfərov da təqaüdlərin verilməsi sahəsində bürokratik əngəllərin olduğunu bildirir:

“Təqaüdlərin verilməsi sahəsində özbaşınalıq var, vətəndaşlardan rüşvət istəyirlər. Xəstəliyin kateqoriyaları var ki, həmin xəstəliyə görə vətəndaş yaş həddinə çatmadan təqaüd ala bilər. Bəzi xəstəliklər var ki, sağalmaz xəstəlikdir və onlar hər dəfə komissiyalardan keçməməlidir. Bizdə əksinədir. Hətta ayağını, qolunu itirən əlillərdən hər il komissiyadan keçmək tələb olunur. Yəni belə çıxır ki, onun ayağı, qolu yerinə gələ bilər. Məqsəd pul toplamaqdır. Hər komissiyada vətəndaşın canını boğazına yığıb, rüşvət istəyirlər. Həkimlər sosial müdafiə mərkəzlərinə rüşvət verib komissiyaya düşürlər, sonra da vətəndaşdan rüşvət tələb edirlər. Əgər vətəndaş 10 ildən artıq əlilliyə görə təqaüd alırsa, onun komissiyadan keçməsinə ehtiyac olmamalıdır”./azadlıq/
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:28