Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Ayaz Orucovun oğlu ilə bağlı niyə tədbir görülmür?

Hüquq mühafizə orqanları deputatın himayədarı Bəylər Əyyubovdan ehtiyat edir

Bir neçə gün öncə deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Deputatın köməkçisi açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu söyləyib. Onun sözlərinə görə, millət vəkili məsələ ilə bağlı bir həftə öncə açıqlama verib: “Ayaz Orucov özü yayılan xəbərlərlə bağlı açıqlama verib. O, bu xəbərlərin əsasız və yalan olduğunu söyləyib. Yayılan xəbərlər böhtandır”.

Ayaz Orucovun bu xəbərlərin əsassız olduğunu iddia etməsinə baxmayaraq deputat oğlunun atəş açdığı maşında olan qadınlardan biri - Aynurə Cəfərova olayın məhz Ismayıl Orucov tərəfindən törədildiyini deyb. O, bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. Lakin Ismayıl Orucov barədə heç bir tədbir görülməyib.

Bunun da səbəbi var. Ayaz Orucov sıradan bir deputat deyil. O, hakimiyyətdə ən güclü fiqurlardan biri olan prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Bu baxımdan Ayaz Orucova batmaq bir qədər çətindir.

Ayaz Orucov deputat olmaqla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin nəzdində Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun direktoru vəzifəsində çalışıb. O, bu vəzifədən ötən il çıxarılıb. O vaxt yayılan məlumatlarda bildirilirdi ki, Ayaz Orucovun işdən çıxarılmasına səbəb komitə sədri Əli Həsənovla hesablaşmaması olub.

Məlumatlara görə, komitədə iclasların birində Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib. Deputat komitə sədrinə cavab qaytarıb. Əli Həsənov bundan əsəbiləşib və deputatı işdən çıxarıb. Lakin komitə bu məlumatları təkzib etdi və bildirilirdi ki, Ayaz Orucov öz ərizəsilə işdən çıxarılıb. Həmçinin Ayaz Orucovun rəhbərliyi ilə məcburi köçkünlər üçün tikilən binalarla bağlı yoxlamaların aparılması xəbəri təkzib edildi. Bu əslində Əli Həsənovun geri çəkilməsi idi. Doğrudur, Ayaz Orucov vəzifəsinə qaytarılmadı, çünki onun işdən çıxarılması barədə xəbər artıq mətbuata sızmışdı. Lakin onun himayədarları deputatla bağlı başlanmış yoxlamaların qarşısını aldı. Eyni zamanda komitə Ayaz Orucovun işdən çıxarılması ilə bağlı deputatın maraqlarına uyğun açıqlama verməyə məcbur edildi./ans/
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:08
Bağırsaqlard