Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

SOCAR-dan daha 20 min işçinin işdən çıxarılması nəzərdə tutulub

İlin sonuna qədər SOCAR-dan daha 20 mindən artıq işçi işdən azad ediləcək. Xeyli sayda işçi personalı olan dövlət şirkətində ilin sonuna kimi cəmi 44.000 işçi saxlanılacaq. Bu barədə Deyerler.Org-a açıqlamalarında hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. "İşdən çıxarılanların sayı daha çox ola bilər. Ona görə ki, rəsmi rəqəmlər də göstərilir ki, hasilat getdikcə daha aşağı düşür və bu da işçilərin işdən azadılmasını stimullaşdırır".

Hüquq müdafiəçisi bildirir ki, şirkətdə yaşanan son olaylar çərçivəsində Qobustan Nəqliyyat İdarəsi də ləğv edilir. İşdən azad olunanlarla bağlı faktlarla toxunan M.Qəhrəmanlı işdən çıxarılmalarla bağlı bəzı əxlaqa zidd addımlar atıldığına diqqət çəkib. "Qobustan Nəqliyyat İdarəsində mühasib və audit sahəsində işləyən bir qadını işdən çıxaranda ona təklif ediblər ki, gəl zavodda fəhlə işlə. Bu nə deməkdir? Belə əxlaqsız təklif olar? Mühasib və ya auditor işləyən qadın indi fəhlə işləmlidir? Yaxud da bu qadın indi zavodda ağır dəmirləri o tərəf-bu tərəfə aparmalıdır? Qadın da bundan imtina edən də deyirlər ki, biz iş təklif etdik, amma imtina etdilər. Belə təklifləri verənləri mən vicdansız adlandırıram. Belə çıxır ki, bu qadın ya maşınyuyan olmalıdır, ya da ağır dəmir-dümür daşıyan. Bütün bunlar sübut edir ki, ilin axırına qədər işdən çıxarılanların sayı artacaq", - deyə ekspert bildirib.
1547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı