Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Goranboyda 50 yaşlı qadın vəhşicəsinə döyülüb

Goranboy rayonunun Goran qəsəbəsində 50 yaşlı qadın döyülüb. Məleykə Bayramovanın qonşular tərəfindən döyüldüyü deyilir. Qadın ağır vəziyyətdə əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxananın həkimi Məharət Kərimov xəstənin döyülmə nəticəsində xəsarət aldığını deyib: “Məleykə Bayramova Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncəyə ambulans vasitəsi ilə gətirilib. Xəstə döyülmə nəticəsində xəsarət alıb. Hazırda xəstənin ümumi vəziyyəti orta-ağırdır. Stasionar müalicə təyin olunub”.

Zərərçəkmişin qohumları bildirib ki, iki uşaq anası olan ərsiz qadını qonşuları Anar Əliyev və həmin adamın yaxınları döyüb. Onların sözlərinə görə, Anar Əliyev qadını yaşadığı yeri tərk edərək köçməyə məcbur etmək məqsədilə döyüb./apa/
1230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
19.10.17, 10:59
İki əmioğ