Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Ruslar Krımda sərhəd məntəqəsini ələ keçirdi

Rus hərbçiləri Krımda “Şyolkino” sərhəd məntəqəsini ələ keçiriblər. Ukraynalı sərhədçilər məntəqədən çıxarılıb. Məlumatı Ukraynanın Sərhəd Xidməti yayıb.

Rusiyalı xüsusi təyinatlılar sərhəd məntəqəsinə gecə soxulublar. Onlar sərhəd naryadının müqavimət göstərən komandarini döyüblər. Daha sonra rus əsgərlər silahların saxlandığı otağı tutublar.

Ukrayna Sərhəd Xidmətinin məlumatına görə, rus hərbçiləri sərhədçilərin və ailələlirinin yaşadığı mənzillərə də soxulublar. Onlar sərhəd xidməti şöbəsinin rəisinin və həyat yoldaşının, eləcə də digər zabitlərin mobil telefonlarını alıblar. Silah hədəsi ilə sərhədçi ailələri mənzillərdən çıxarılıb./Müsavat/
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52