Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

"Sovetski"yə görə fəallaşan dəllallara ciddi xəbərdarlıq

Baş nazirin müavini Abid Şərifov Bakıda ev və torpaq satışı ilə məşğul olan iş adamlarına müraciət edib.

A.Şərifov qeyd edib ki, “Sovetski”nin sökülməsi qərarından sonra ev və torpaq bazarında süni şəkildə qiymətlərin artması müşahidə edilir: “Bu, yolverilməzdir. Əksinə, ev və torpaq alqı-satqısı ilə məşğul olanlar bu işdə Azərbaycan dövlətinə yardımçı olmalıdırlar. Bu işlə məşğul olan adamlar bilməlidirlər ki, hər bir satınalmada Azərbaycan qanunlarına uyğun Vergi Məcəlləsi var. Digər tərəfdən, Azərbaycan dövləti ölkədə azad sahibkarlığın qurulması üçün onlara hər bir şəraiti yaradır və yaxşılıq səbəbindən iş adamlarına toxunulmur. Ona görə də ev satan qardaşlara, yoldaşlara və yaxud kimlərəsə məsləhət görərdim ki, süni qiymət artımına yol verməsinlər”.
Abid Şərifov deyib ki, fürsətdən istifadə edib bu işdə kimlərinsə qaz vurub qazan doldurmaq vaxtı deyil: “Çox sat, çox qazan prinsipini özlərində əsas tutaraq işlərini ölkə qanunvericiliyinə uyğun görməlidirlər. Yəni süni bahalaşmaya yol verməməlidirlər”./milliaz/
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23<