Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Bizdə noruz bayrami deyilen bayram var deyilennere gore bu illeri Peyqemberimizin qizi hezret Zehrainin da sehadeti bayram gunune usur. eger bayram gunune dusurse onda bayram kecirmeyimiz duzdu?
Ad: Nazim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Xatırladaq ki, həzrət Fatimənin (s) şəhadət günüləri (95 və 75 gün hədislərinə əsasən olan şəhadət günlərinin özü) martın 15-nə və aprelin 4-nə düşür və Novruz bayramı gününə təsadüf etmir. Ona görə də bu ilki Novruz bayramında şadlıq etməyin, eybi yoxdur. Lakin şəhadət günlərinin özündə şəhadəti nəzərə almaq və bu məsələyə riayət etmək lazımdır.
Fatimiyyə günlərində (həzrət Fatimənin (s) şəhadət günləri) şadlıq-şənlik etmək haram olmasa da lakin, islami ürf və adət-ənənələr belə tələb edir ki, şəhadət günlərində qeyri-məntiqi və qeyri-şəri şənliklərdən çəkinilsin. Çünki Quran və rəvayətlər Peyğəmbərin (s) ailəsini sevməyi vacib etmişdir ("Şura" surəsi, ayə 23, "Hud" surəsi, ayə 29).
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber