Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

İcra başçısı vəhhabilərlə görüşdü

Xaçmaz sələfiləri rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər.

Məlumata görə, görüşdə rayon sələfilərinin lideri Məhəmməd Cabbarov və onu müşayiət edən sələfi fəallarından biri təmsil olunub. Əsas danışıqlar sələfilərin ibadət etdiyi Xaçmaz şəhər məscidinin bağlanması ətrafında aparılıb.


İcra hakimiyyətinin başçısı onlara məscidin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə razılığı əsasında bağlandığını deyib. Məscid iki aydan sonra istifadəyə veriləcək. Ona qədərsə sələfilər Qobuqıraqlı məscidində ibadət edə bilərlər. Lakin həmin məscidin yararsız olduğu deyilir. Sələfilərsə həmin məscidin özləri tərəfindən təmir edilməsi üçün icazə istəyiblər. Amma məsələ hələ açıq qalır.

Mənbə deyib ki, sələfilərin əsas narahatlığı iki aylıq təmirdən sonra onların Xaçmaz şəhər məscidinə qayıtmağa icazə verilməyəcəyidir.

Qeyd edək ki, DQİDK sədrinin martın 15-də bölgəyə səfəri gözlənilir./publika/
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44