Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Rus əsgərlər generalı dizə çökürdülər

Yəqin dünya müharibələri tarixində belə bir halla heç zaman heç kim rastlaşmayıb. Amma rus hərbçilər bunu etdilər. Krımda Ukrayna Sərhəd qoşunlarının generalını əsir götürən rus hərbçilər ona fiziki təsir göstərərək diz çökməyə məcbur ediblər. General Koval starşina rütbəli rus hərbçisinə ,,Ukrayna generalı diz çokməz!,, dedikdən sonra onlar generalı maşına basaraq Yalta-Simferopol istiqamətində xeyli aparıblar və sonradan sərbəst buraxıblar. Məsələ burasındadır ki, bütün dünyada hərbçilər bu olayı heyrət və dəhşətlə qarşılayıblar. Dünyada baş verən müharibələrin heç birində hətta ən arzuolunmaz şəraitdə belə əsir götürülən genaralla sıravi əskərlərin və ya aşağı rütbəli zabit heyətinin bu cür davranışı qeydə alınmayıb. Rus əsgərlər isə generalı dövrəyə alaraq onu təpikləyib, dəyənəklərə vurub və diz çokməyə məcbur etmək istəyiblər. General Koval mətbuat konfransı keçirərək bu olay barədə qısa məlumat verib.
1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
0