Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Həbsdən azad olan Başbuğ etiraz aksiyası keçirib

Türkiyə Ordusunun keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ bu gün İstanbulun Beşiktaş rayonunda minlərlə adamı ətrafına yığıb

Dünən həbsxanadan azad edilən keçmiş Türkiyə Baş Qərargah rəisi İlkər Başbuğ bu gün İstanbulun Beşiktaş rayonunda məhbus hərbçi yoldaşlarına dəstək olmaq üçün "Səssiz Haray" adlı etiraz aksiyası keçirib.

Minlərlə adam Başbuğa dəstək verib və aksiyanın keçirildiyi Beşiktaş rayonunda nəqliyyatın hərəkəti dayanıb.

Başbuğ aşağıdakı sözlərlə çıxış edib: "Qar, qış demədən hər zaman yoldaşlarının yanında olan “Vardiya Bizde” (Növbə Bizimdir) platformasının qadınlarını candan təbrik edirəm. Mənim dünən əsarət dövründən xilas olmağım bir başlanğıc idi. Bunun davamı mütləq gələcək, bundan əmin olun. Türkiyə ordusuna ən böyük zərbə “Balyoz” iddiası ilə vuruldu. 323 silahdaşım bu iddia ilə cəza aldı. Amma ümid edirəm ki, onların da azadlığı yaxındır".
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP