Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Ərdoğan Gülənə "fitnəkar" dedi

"Bu ölkəni artıq qəzet manşetləri, holdinq rəhbərləri, Pensilvaniyada bağında oturan fitnəkar idarə etmir. Bu ölkəni xalq idarə edir, bundan sonra da idarə edəcək".

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunlar özlərini ağıllı hesab edirlər. İndi də mənə diktator deyirlər. Mən isə deyirəm ki, bu ölkə millətindir. Mənə diktator deyənlərə səslənirəm. Seçkilərə 22 gün qalıb. 22 gündən sonra hər şey məlum olacaq” - deyə Ərdoğan bildirib.

Ərdoğanın "Pensilvaniyada bağında oturan fitnəkar" deyə üstüörtülü şəkildə işarə etdiyi şəxs nurçuluq cərəyanının rəhbəri Fətullah Güləndir. F.Gülən artıq 20 ilə yaxındır ki, ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında yaşayır. Yada salaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mərkəzi qərargahı da Pensilvaniya ştatındadır./virtualaz/
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP