Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

30 min təkfirçi terrorçu Dəməşqə hücuma hazırlaşır

İngiltərə qəzeti Suriyadakı terrorçu qrupların Dəməşqə hücum planı barədə yazıb

İslamazeri.az-ın “Financial Times” qəzetinə istinadən verdiyi xəbərə görə, Suriyadakı müxalif silahlılar ölkənin cənubundan Dəməşqə hücuma hazırlaşır. Qəzet silahlı qrupların açıq şəkildə strategiyalarını dəyişdiyini bildirərək, yazıb ki, son günlər ərzində Suriyanın cənubuna çox sayda yardım edilib. Bununla yanaşı hazırda, Qərb və Ərəb hərbi ekspertləri onlarla ayrı-ayrı əməliyyatlar keçirən müxalif qruplar arasında vəhdət yaratmağa çalışırlar.

Müxaliflərə yaxın olan mənbələr bildiriblər ki, hazırda müxaliflərə bağlı olan 30 min qüvvə Dəməşqin cənub və şimal məntəqələrində vahid komanda altında, münasib zamanda Suriya paytaxtına hücum etmək üçün toplaşıblar.

Deyilənə görə, Dəməşqə hücumdan məqsəd Dəməşqin rabitə xətlərinə hakimlik və Suriya ordusu nəzarəti altında olan digər məntəqələrə hakimliyin müqəddiməsini yaratmaqdır.
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16