Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Əzələlərini böyütmək üçün dərman içdi, öldü

Türkiyənin ən məşhur bodibilderlərindən biri, 30 yaşlı Şahin İrençin dünən gecə keçinib.

Onun ölüm səbəbi isə bodibilderlər arasında "dinamit" kimi tanınan stereoid qəbul etməsidir.

Çempionata hazırlaşan Ş.İrençin başqa anaboliklər və steroidlərlə yanaşı, "dinamit" də qəbul edirdi. Nəticədə onun daxili orqanları sıradan çıxıb və idmançı yatdığı yerdə keçinib.

Şahinin xanımı Münevver İrençin deyib: "O, çempionata hazırlaşdığı üçün daha çox dərman içirdi. Əzələlərini böyütmək üçün çox məşq edirdi. Bu dərmanları isə əlaltdan satırdılar. Bəzilərinin üstündə heç adı da yoxdu. Onu öldürən dərman isə ağ qutudakı sarı kapsullardı. Bu dərman onun bədəninin temperaturunu artıraraq yağlarını əridirdi. Gündə ən azı 3 həb içirdi. Ölümündən əvvəl 8 həb içmişdi"./milli.az
2026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13