Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Rusiya Krımdan sonra Bakıya gələcəkmi?

İndi Qərbdə və hətta Rusiayada bir çox politoloqlar hesab edirlər ki, Krım müharibəsi Rusiyaya, əslində həm də revanş olaraq lazımdır. Belə çıxır ki, Ukraynadakı inqilabı ruslar özlərinin çoxdan yarımşıq qaılmış bəzi planlarını həyata keçirmək üçün bəhanə kimi istifadə etmək istəyirlər. Bu plan isə, ən azı 6 günlük Gürcüstan müharibəsi zamanı yarımçıq qalıb. Ümumiyyətlə isə ruslar hələ 1995-ci ildən revanş götürmək üçün cilov gəmirirlər. SSRİ-nin bərpası, sovetlər zamanında mövcud olan coğrafiyada tam və yeganə səlahiyyət sahibliyini bərpa etmək və bundan Rusiyanın strateji üstünlüklərini yaratmaq. Bu günlərdə sosial şəbəkələrdə Çemenistanın sabiq prezidenti Çövhər Dudayevin bir videoçıxışı yerləşdirilmişdi. Həmin çıxışda Cövhər Dudayev bəyan edir ki, Rusiyanın məqsədlərindən biri Krımı və Şərqi Ukraynanı ələ keçirmək, bundan sonra isə Qafqaz müharibəsinə tamamilə son qoyaraq Zaqafqaziyanı geri qaytarmaqdır... Bundan sonra bu mülahizələri rus analitik Mixail Yuryev ümumiləşdirdi. O, 2006-cı ildə çap etdirdiyi “Üçüncü imperiya... Rusiya belə olmalıdır” adlı kitabında bu günkü Ukrayna hadisələrini belə təsvir edir: “...Torpaqların geri alınma əməliyyatı isə belə başlayır. Ukraynada Qərbin dəstəyi ilə baş verən narıncı inqilabdan sonra özünü heç aman Qərb sivilizasiyasının daşıyıcısı hesab etməyən Krım, Cənubi və Şərqi Ukrayna “Qərb hökmranlığı” əleyhinə qiyam qaldırır və Rusiyaya birləşmək üçün qərar çıxarırlar. 2008-ci ildə Rusiya Şərqi Ukraynaya 80 minlik qoşun çıxarır, NATO orduları isə onun qarşısına çıxır....”. Mixail Yuryevin təsvir etdiyi bu hadisələr onun proqnozlaşdırdığı zamandan bir qədər sonra, 2014-cü ildə baş erir. Amma axı, deyəsən, Yuryev bu hadisələri havadan yazmayıb və Rusiyanın bu ssenari üzrə işlənmiş hazır planı olub. Maraqlıdır ki, Qərbdə də Rusiya mənşəli bir sıra analitiklər belə bir planın olduğunu təsdiq edirlər.

Bu günlərdə Vaşinqtonda Stafford Proqnozlaşdırma İnstitutunda çalışan tanışım Dmitri Klarkla görüşüb Ukrayna hadisələri ilə bağlı mülahizələrini öyrəndim. Klark belə hesab edir ki, bu olaylar enerji uğrunda mübarizənin tərkib hissəsidir. “Bu, Küveytdə və İraqda başlanan və sonralar davam edən qlobal enerji savaşıdır. Bu mübarizədə Rusiya Sovet İttifaqının sərhədlərinə qədər böyüməyi planlaşdırır. 2008-ci ilin avqustunda Gürcüstana hücum da bu istiqamətdə əsəblərin yoxlanılması kimi bir şey idi və görünür, Rusiya bu testin nəticələrini özü üçün məqbul saydı. İndi həmin test bir qədər daha qətiyyətli şəkildə Krımda təkrarlana bilər. Bu ssenaridə ən arzuolunmaz aqibət enerji daşıyıcıları olan ölkələr üçün nəzərdə tutulub. Baxın, bir zamanlar Hitlerin həyata keçməyən Bakı nefti arzusu indi rus siyasətçilərini yenidən məşğul etməkdədir. Doğrudur, Bakıda Rusiyada olduğu ilə müqayisə edilməyəcək dərəcədə az neft var. Amma Bakı strateji dəyərinə görə Rusiya üçün cəlbedicidir. Rusiya bölgədədki bütün çaxnaşmalardan yararlana bilərək inzibati və siyasi sərhədlərini genişləndirə biləcəyini güman edir. Burada isə Rusiyanın bir tərəddüdü var ki, Bakı Qərbin nəhəng investisiya mərkəzlərindən birinə çevrilib və onu rahatca geri almaq çox çətin olacaq. Buna görə də Rusiyanın indi Ukrayna hadisələrində bu qədər inadkarlıq etməsini bu prizmadan anlamaq lazımdır”. Həbsdə olarkən kamera qonşum olan Əvəz Zeynallıdan alaraq oxuduğum “Komitet 300” adlı kitabda da təqribən, oxşar olaylar barədə yazıldığın xatırlayıram. Maraqlıdır, görəsən, Rusiya bir dövlət olaraq öz siyasətini bu kitabların əsasında yürüdür, yoxsa, bu kitabların yazılması üçün zəruri olan materialları təqdim edib? Yeri gəlmişkən, həbsxanada mənimlə bir yerdə olan Tofiq Yaqubluya, İlqar Məmmədova, Rəşadət Axundov və Taleh Bağırzadəyə azadlıq arzularımı çatdırıram.

Sərdar Bağırzadə, Nyu-York/azadlıq/
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber