Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

“AXCP qərargahındakı partlayış obyektiv araşdırılmayacaq”

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev Moderator.az-a açıqlamasında AXCP qərargahındakı partlayış və bu partlayışın siyasi müstəvidəki mənzərəyə göstərdiyi təsirlə bağlı maraqlı fikirlər səsləndirib. M.Hacıyevin fikrincə, partlayışla bağlı təhqiqatın obyektiv aparılacağına inanmır və hesab edir ki, baş verənlər AXCP-nin həqiqi müxalifətçilik mövqeyində dayandığını isbat edir:
“AXCP qərargahında baş verən partlayışa bir neçə aspektdən yanaşmaq lazımdır. Belə ki, partlayışın hansı səbəbdən baş verməsindən asılı olmayaraq, güc orqanları hər zaman bununla bağlı təhqiqat işi aparır. Lakin bu bir həqiqətdir ki, AXCP qərargahında baş verən partlayışla bağlı güc orqanlarının apardığı təhqiqat obyektiv olmayacaq. Bugünə qədər baş verən bir çox olaylar da göstərdi ki, işin bir tərəfində hansısa müxalif qurum, QHT və s. olduqda təhqiqat obyektiv aparılmır. Bu baxımdan AXCP qərargahındakı partlayış faktının da obyektiv araşdırılacağını gözləmək doğru deyil. Zənnimcə, bu, baş verməyəcək. Məsələyə ikinci bir konteksdən yanaşsaq, bu, müxalifət düşərgəsindəki mənzərəyə də xeyli dərəcədə aydınlıq gətirdi. Heç kimə sirr deyil ki, bu gün müxalifət düşərgəsində xeyli sayda siyasi riyakarlar, özünü yalandan müxalifətçi elan edən qüvvələr var. Bu partlayış əslində AXCP və Əli Kərimli haqqında məlum qüvvələrin sərsəmləmələrinə də son qoydu. Bugünə qədər bir çox partiyalar özlərini ana müxalifət, dədə müxalifət adlandırsa da, proseslərə Əli Kərimli və onun partiyası öz möhürünü vurdu. Baş verənlər göstərdi ki, onlar əsl müxalifətdir və əgər ana müxalifət adına iddia etməyə haqqı olan bir qüvvə varsa, bu da məhz AXCP-dir”./azadlıq/
1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi