Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Mahir Cavadov Rəsul Quliyevi məhkəməyə gətizdirəcək

Eks-prokuror Avstrya, Avropa və Azərbaycan məhkəmələrinə müraciət etməyə hazırlaşır
Mərhum Rövşən Cavadovun qardaşı, keçmiş prokuror, hazırda Avstryada yaşayan Mahir Cavadov Azərbaycanda haqqında qaldırılmış cinayət işininə xitam verilməsi və bir çox ölkələrə gedişini qadağan edən qərarın ləğvi üçün Avstrya, Azərbaycan və Avropa məhkəmələrinə müraciət edəcək.

Bu haqda Mahir Cavadovun yaxınlarından biri məlumat verib. Onun dediyinə görə, Avstrya məhkəməsi Mahir Cavadov İrandan qayıtdıqdan sonra 11.01. 2003- cü ildə çıxardığı qərarla keçmiş prokurorun Azərbaycan və İrana, həmçinin bütün possovet ölkələrinə gedişini yasaqlayıb.
"Mahir Cavadov isə Avstrya vətəndaşıdır və bu qadağanın üstündən götürülməsini istəyir. Qadağanın aradan götürülməsinə əsas maneə isə Azərbaycanda onun haqqında 1995-ci ildən qaldırılmış cinayət işidir."

Hazırda Mahir Cavadovun Avropa azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və ABU-nun eks-rektoru Elşad Abdullayevlə birgə məhkəməyə hazırlaşdığını deyən mənbənin sözlərinə görə, artıq məhkəməyə təqdim etmək üçün bir çox sənədlər hazırdır.
"Məhkəmədə Avropanın bir çox tanınmış vəkillərinin iştirakı gözlənilir. Mahir Cavadov parelel olaraq həm, Avstrya məhkəməsinə, həm Avropa Məhkəməsinə ,həm də Azərbaycanda Ali Məhkəməyə müraciət edəcək. "

Mənbənin sözlərinə görə, keçmiş prokuror OMON hadisələrində adı hallandırılan eks-spiker Rəsul Quliyevin məhkəmə proseslərinə cəlb edilməsini istəyir.
"Mahir Cavadov hesab edir ki, Rəsul Quliyev məhkəmədə bir sıra suallara cavab verməli və bəzi mətləblərə aydınlıq gətirməlidir. Rəsul Quliyevin Azərbaycan məhkəməsinə gətirilməsi mümkün olmasa da , Avstrya və Avropa Məhkəməsinə gətirilməsinə çalışılacaq."

Qeyd edək ki, bir neçə gün öncə, Mahir Cavadovun İngiltərəyə də gedişi Avstrya xüsusi xidmət orqanları tərəfindən müvəqqəti olaraq yasaqlanıb. Buna səbəb, keçmiş Liviya diktatoru Müəmmər Qəddafinin Londonda yaşayan nəvəsinin Mahir Cavadovla görüşmək istəməsidir./avropa/
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı