Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Bakıda avtobus işıq dirəklərinə çırpılıb, sürücü xəsarət alıb

Marın 9-da gecə Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus “Daewoo” markalı sərnişin avtobusu yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Nəticədə, avtobus deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtobusdan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı