Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Ruslar indi də Ukraynanın Xerson vilayətinə girirlər

“Hərbçilər tarlaları minalayıblar, sərhəd dirəkləri üçün çalalar qazırlar”
Bu gün Rusiya əsgərləri Ukraynanın Xerson vilayətinin Çonqar qəsəbəsinin ərazisinə giriblər.

Bu barədə Çonqar şəhər sovetinin işçiləri bildiriblər. “Hərbçilər tarlaları minalayıblar, sərhəd dirəkləri üçün çalalar qazırlar”,- deyə onlar bildiriblər.

Çonqar sakinləri etiraz əlaməti olaraq evlərinin üzərində Ukrayna bayraqları asıblar. Həmçinin Ukrayna Müdafiə Nazirliyinin mətbuat mərkəzinin işçisi Vladislav Selenov öz “Facebook” səhifəsində yazıb ki, rus əsgərlər Xerson vilayətindəki Arbat dilinin ərazisinə giriblər. O, həmçinin əlavə edib ki, Arbat dili ərazisində ruslar müdafiə postu yaratmağı planlaşdırırlar. Çonqardakı buraxılış məntəqəsinin yanında sahə minalanıb və pulemyotlar dinc sakinlərə tərəf yönəldilib.
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11