Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

AXCP funksionerindən ilginc açıqlama

“Biz müxalifətdə birinciliyə qərargahsız dönəmlərdə nail olmuşuq”
“Hamı maraqlı olmalıdır ki, Cəbhə müxalifətin avanqard qüvvəsi olaraq…”

AXCP-nin icarəyə götürdüyü ofisdə baş verən müəmmalı partlayışdan sonra təşkilat yenidən qərargahsız günlərinə qayıtdı. İndi bu suallar yenidən aktuallıq qazanıb- AXCP toplantılarını bundan sonra harada keçirməyi seçəcək? Əlavə icarə məkanları axtarışına başlanılıbmı, yoxsa partiya baş verənlərdən sonar ofis kirayələməkdən birdəfəlik vaz keçdi? Görəsən, müttəfiq partiyalardan kimlərsə Cəbhəçilərə müvəqqəti ofis təklif edibmi?
Moderator.az bu suallara cavab almaq məqsədiylə AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimliyə müraciət edib. Partiya funksionerinin cavabı isə xeyli maraqlı olub:
"Hələlik konkret qərarlar yoxdur qərargahla bağlı. Partiyanın qərargahsız fəaliyyət təcrübəsi yetərincədir. biz müxalifətdə birinciliyə, daha çox kütləvi tədbirlər keçirmək günlərimizə qərargahsız dönəmlərimizdə nail olmuşuq. Rəyasət Heyətinin toplantıları rəhbərliyə daxil olan şəxslərin evlərində keçirilmə təcrübəmiz də var. Cəbhəçilər çox fədakardır. Müttəfiq və ya digər partiyalardan qərargahla bağlı köməklik təklifləri təbii ki, dəyərləndirilə bilər. Bir həqiqət var, hamı maraqlı olmalıdır ki, Cəbhə müxalifətin avanqard qüvvəsi olaraq daha da güclənsin ki, basqıçı rejim yumşalsın."
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...