Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Şəkidə bayraq rəzaləti

Bu ənənəni necə pozmaq olar?

Dünən Yaponiyanın Azərbaycandakı səfiri Şəkiyə səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı ilə bir görüş keçirərək ölkəsinin rayona daha bir maliyyə yardımı tranşının ayrılması barədə müqaviləyə imza atdı. İmza törənində yenə də rəzalət yaşandı və bayrağımız "incidildi".
Belə ki, bir çox tədbirlərdə olduğu kimi burada da icra başçısı Elxan Usubovun necə deyərlər, burnunun ucundakı Azərbaycan bayrağının tərsinə asılmasından kimsənin ruhu da incimədi.
Görünür, nəhayət Azərbaycan parlamenti son vaxtlar ənənə halını almağa başlayan bayrağa qarşı hörmətsizliyə görə ayrıca cəza nəzərdə tutulan maddəni nəzərdən keçirməyə məcbur olacaq. Bu cür səhlənkarlıq və məsuliyyətsizilik edən protokol xidməti əməkdaşlarından əlavə həmin masada oturan yüksək çinli məmur da dərhal haqq etdiyi cəzanı alacaq. Yoxsa hər dəfə bu cür bayraq rəzaləti yaşanacaq...
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın