Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Bakıda küçələrə yanacaq axdı (Fotolar)

Bakı şəhəri, Xətai rayonunda, AFFA-nın binsının yaxınlığında avtomobil yoluna yanacaq məhsulu axıb.

Hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, yaxınlıqdan keçən boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb.

Yanğınsöndürənlər yola dağılmış kerosini yuyublar. Borunun zədələnmiş hissəsinin mütəxəssislər tərəfindən bağlanılması istiqamətində işlər aparılır.

Yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər./ans/

1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber