Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Salam əleykum. Allahın adı ilə sizə vəsiyət barədə iki sual vermək istəyirəm. 1. Vəsiyyətnamə yazmaq vacibdirmi? 2. Bir şəxs ölümündən sonra öz bədən üzvlərini bu üzvlərə ehtiyacı olan xəstələrə köçürülməsini vəsiyyət edərsə, varisləri bu işin qarşısını ala bilərlərmi? Ssualları cavablandırmağınızı xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Ad: Marif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Cavab:
Bismillahir-rəhmanır-rəhim
1. Vəsiyyət yazmaq müstəhəb əməldir. Yalnız bu halda vacib olur ki, Allah haqqından və ya camaatın haqlarından vacib bir şey onun öhdəsində olmuş olsun və vəsiyyət yazmadığı təqdirdə haqqın aradan gedəcəyi qorxusu olsun.
2. Varislərin buna mane olmalarının bu məsələyə heç bir təsiri yoxdur. Bu üzvlər xəstələrin canının xilas olması üçün lazımdırsa, onları götürmək icazəlidir. Habelə, göz kimi böyük əhəmiyyətə malik üzvlərdə də belədir. 
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı