Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Bakıda avtobuslar toqquşdu

Bakının Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Milli.Az bildirir ki, burada bir neçə avtobus toqquşub.

Qaradağ rayonu ərazisində qəzaya uğrayan avtobus fəhlələri daşıyırmış. Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hazırda ərazidə DYP əməkdaşları işləyirlər. Onlar hadisənin səbəblərini araşdırırlar.

Qaradağ Rayon Polis İdarəsindən isə bildiriblər ki, hadisə Sahil qəsəbəsində, Dərin Dəniz Özülləri Zavodunun qarşısında baş verib.
1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...