Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Polis maşını taksi ilə toqqşub - ölən var

Ötən gecə Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Paytaxtın Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və "VAZ-2107" markalı maşın toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü, 25 yaşlı Otorod Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin isə dünyasını dəyişib. Qəza nəticəsində həlak olanın şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Onun 24-25 yaşlı kişi olduğu bildirilir.

İlkin məlumata görə, yol-patrul xidmətinin avtomobili Xaqani küçəsi ilə, taksi fəaliyyəti göstərən "VAZ-2107" isə Azadlıq prospekti ilə hərəkət edirmiş. Maşınlardan biri işıqforun qadağanedici işığında hərəkətini davam etdirib və küçələrin kəsişməsində toqquşma olub. Yol-patrul xidmətinin əməkdaşı idarəetməni itirib və onun idarə etdiyi avtomobil səkiyə dırmaşıb. Yol polisi əməkdaşları arasında xəsarət alan yoxdur. Polis əməkdaşları VAZ-2107-dəki şəxslərə yardım etməyə çalışırlar. Həmin vaxt yaralı olan sərnişin sonradan düyasını dəyişib. Yaralı sürücü isə Kliniki Tibbi Mərkəzə çatdırılıb./apa/
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37