Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Suriyada oğurlanan 16 rahibə hökümətə təhvil verilib

Livan təhlükəsizlik qüvvələri də onları Suriyaya aparılmasını öhdəsinə götürüb
Suriya höküməti 16 rahibəni təhvil aldıqdan sonra həbsxanalarında olan 150 qadının azad edilməsinə razılıq verib.

İnterAz-ın “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, Suriyanın əl-Məlula rayonunda ən-Nusra Cəbhəsi tərəfindən oğurlanan 16 rahibə dünən Livan təhlükəsizlik qüvvələrinə təhvil verilib və Livan təhlükəsizlik qüvvələri də onları Suriyaya aparılmasını öhdəsinə götürüb.

Məlumata əsasən, Rəsmi Dəməşq 16 rahibənin azad edilməsi müqabilində müxalifətə mənsub 150 qadını həbsdən azad edəcək. Bəzi mənbələri isə burada ən-Nusra Cəhbəsinə külli miqdarda maddi vəsaitin verilməsindən də xəbər veriblər.

Bildirək ki, ötən ilin dekabrında radikal qruplaşmalar Dəməşqətrafı əyalətin əl-Məlula rayonundan 16 rahibəni oğurlayaraq, Yəbrid rayonuna, sonra isə Livana keçiriblər. 16 rahibənin azad edilməsi danışıqlarına Livan və Qətər təhlükəsizlik orqanları vasitəçilik edib.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber