Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Əcnəbi məşqçi Azərbaycan futbolunu rüsvay elədi

Topaz Premyer Liqasının 25-ci turuna “Qarabağ” – “Bakı” oyunu ilə yekun vuruldu.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər oyun barədə fikirlərini bildirib. Virtualaz.org xəbər verir ki, bu konfransda Azərbaycanda furbol idarəçiliyinin, burada meydandan kənarda oynanan oyunların mahiyyətini açıqlayan fikirlər səslənib.
"Hafka" ləqəbli iş adamının sahibi olduğu “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç şok açıqlamalarla yadda qalıb: "İndividual səhvlərimiz oldu və bu səhvlər ucbatından da uduzduq. Demək olmaz ki, bizim epizodlarımız olmadı. Bizim də qol epizodlarımız oldu, amma onlardan yararalana bilmədik. İrəlidə cavab görüşü var, çalışacağıq ki, revanş alaq. Avrokubok şanslarımız qalıb. Bu gün döyüşü uduzduq, amma müharibə davam edir. Sona qədər mubarizə aparacağıq.Təlim məşq toplanışına gedəndə mənə dedilər ki, “Qarabağ” çempiondur. Bu gün öz oyunları ilə bunu təsdiq etdilər.
"Sizə bunu kim deyib" sualına isə Pantiç “mətbuat konfransı bitmişdir” deyə cavab verib və konfrans zalını tərk edib.
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Pantiçin fikirlərini təkzib edib: “Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. “Bakı” ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildir ki, “Qarabağ”da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik”.
1228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı