Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Nurçular bu il Azərbaycana 4 milyon manat sərf ediblər – Siyahı

“2013-cü ildə nurçulara aid (hizmət hərakatı) müəssələrdən yığılan maliyyənin ümumi miqdarı 53 milyon dollar təşkil edir”.

Bu barədə məlumat saytımıza daxil olan məktubda yer alıb.

Fətullah Gülənə Mustafa T. imzası ilə göndərilən məktubu təqdim edirik:

“Möhtərəm Fətullah Gülən Hocaəfəndi!

Allahdan sizə sağlıq və şəfa diləyirəm. İnşallah kefiniz yerindədir. Dualarınızda bu hakir qulu unutmamağınızı təmənna edirəm. Mənə çatdırılan tələbinizə uyğun olaraq, Azərbaycanda 2013-cü ilə aid maliyyə mühasibət uçotunu diqqətinizə çatdırmaq istəyirik. Azərbaycanda hizmət hərakatımıza aid qurumlardan 2013-cü ildə daxil olan məbləğ 53 milyon USD təşkil etməkdədir. Bu məbləğdən hizmət hərəkatımıza aid aşağıdakı qurum və quruluşlara ötürülmüş maddi vəsaitlər belədir:

Xəzər TV və Bürc FM – 2 milyon USD

Araz kursları – 765 min USD

Hizmət hərəkatımıza təşviqlə əlaqədar olaraq kitab, dərgi, broşür və digər vasitələr üçün – 367 min USD

“Zaman Azərbaycan” qəzetinin çap, yayım və paylanılması üçün əlavə ödəniş – 413 min USD

Hizmət hərəkatımızı anladan simpozium, konfrans, toplantı və digər şeylər üçün – 210 min USD
“Çağ Öyrətim” işlətmələrinə əlavə büdcə olaraq – 8 milyon 435 min USD

Azərbaycan nüfuzlu şəxslərə təqdim edilmiş hədiyyələr üçün – 732 min USD

Azərbaycanın müxtəlif bölgələrin imam dostlarımız və camaatın xərcləri üçün – 184 min USD

Dövlətə aid qurum və quruluşlardakı dostlarımız üçün aylıq əlavə xərclər üçün – 3 milyon 565 min USD

Müxtəlif xarici səyahətlər, xaricdəki işlər üçün – 165 min USD

Yuxarıda qeyd etdiyim məbləğlər xaricində təsərrüf etdiyimiz önəmli miqdarda olan məbləği önəmli şəxslərə aid qurumlardakı özəl kassalarda saxlayırıq. Söz etdiyimiz məbləğin banklar vasitəsilə Türkiyəyə transferində ciddi problemlər yaşayırıq. Əvvəllər çalışdığımız banklar kifayət qədər çox olan pul transferləri istəklərimizi qəbul etmirlər. Bu vəziyyətin Türkiyədəki son hadisələrlə əlaqədar yarandığını düşünürük. Bu mövzuda yoldaşlarımızla məsləhətləşərək, bununla əlaqədar məlumatları sizə çatdırmaq qənaətinə gəldik. Məsələnin həlli üçün tövsiyyə və əmrlərinizi gözləyirik”./pia/
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi