Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Əfqanıstanda "Taliban"a qarşı uğurlu əməliyyat həyata keçirilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" silahlılarına qarşı uğurlu əməliyyat həyata keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, ordunun Fərah şəhərində keçirdiyi əməliyyatda 25 terrorçu qətlə yetirilib, 8 Taliban üzvü yaralanıb, 12-si isə əsir götürülüb. Hökumət qüvvələrindən isə 7 hərbçi həlak olub. Əməliyyat zamanı terrorçuların yol kənarında yerləşdirdiyi 21 piyada əleyhinə mina tapılaraq zərəsizləşdirilib.

Lakin Fərahdakı uğursuzluğu həzm edə bilməyən Taliban silahlıları Qəndəharda hərbi qüvvələrə qarşı qəfil hücum həyata keçirib. Nəticədə 20 əfqan döyüşçüsü qətlə yetirilib. Dərhal əraziyə əlavə qüvvələr cəlb edilib.

15 talibançı əsir alınsa da, qalanları qaçmağı bacarıb. Maraqlıdır ki, əsir götürülən bütün terrorçuların üzərində "şəhid kəməri" olsa da, onlar partladıcılardan istifadə etməyib. Axtarışlar zamanı şəhərin müxtəlif yerlərində terrorçulara məxsus sığınacaqlar və hərbi sursat anbarları da aşkarlanıb.
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı