Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Ukraynada keçmiş sovet ordusuna məxsus “Tu-95MS” satılır

Ukraynada keçmiş sovet ordusuna məxsus “Tu-95MS” bombardmançı təyyarəsi satışa çıxarılıb

Məşhur “E-bay” internet saytında keçmiş sovet ordusuna məxsus “Tu-95MS” bombardmançı təyyarəsi satışa çıxarılıb. Təyyarə 5 milyon ABŞ dollarına satılır.

Satışla bağlı araşdırma aparan “The Aviationist” nəşri isə yazıb ki, təyyarə Almaniyada və Ukraynada filialları olan bir İsveçrə şirkəti tərəfindən satışa çıxarılıb. NATO kodu “Bear-H” olan “Tu-95MS” bir vaxtlar “Raduqa X-55” qanadlı raketləri ilə təchiz edilib. Təyyarə sifarişçiyə Ukraynanın Nikolayev və ya Odessa hava limanından göndərilə bilər.

Nəşrin məlumatına görə, SSRİ-nin dağılmasından sonra Ukraynaya 23 ədəd “Tu-95MS”, bir ədəd “Tu-95K” və bir ədəd “Tu-95M” təyyarəsi qalıb. Ukraynanın təbii qaza olan borcunun müqabilində 2000-ci ilin fevralında 11 strateji bombardmançı Rusiyaya verilib.


1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı