Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Çin rəhbəri Ukrayna ilə bağlı Amerikaya xəbərdarlıq etdi

Çin dövlət başçısı Si Cinpin Ukrayna ilə əlaqədar ölkəsinin mövqeyini açıqlayıb. O, bütün tərəflərin artan gərginliyin qarşısını almaq üçün mötədil olmalı olduğunu ifadə edib, - "The Voice of Russia".
Si Cinpin ABŞ prezidenti Barak Obama ilə telefon danışığında deyib: "Çin Ukrayna problemində obyektiv və ədalətli bir mövqeyə malikdir. Ukraynadakı vəziyyət son dərəcə geniş və çətindir. Bu şərtlərdə bütün tərəflər gərginliyin artırılıb yeni bir səviyyəyə gəlməsinin qarşısını almaq üçün soyuqqanlı və mötədil olmalıdır".
Çin rəhbəri sözlərini belə bitirib: "Çin Ukraynadakı vəziyyəti yumşaltmağı təmin edəcək bütün təklif və qanunları dəstəkləməyə açıqdır, ABŞ və digər əlaqədar tərəflərlə ünsiyyətə və görüşlər keçirməyə hazırdır"./deyerler/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber