Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Gülənin tayfası “Ərdoğanın zülmünə” qarşı ayağa qalxdı

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğan və hökuməti ilə Fətullah Gülən hərəkatı arasında şiddətlənən mübarizəyə “hoca”nın tayfası da qoşulub.

Dünən Fətullah Gülənin qohumları və qardaşları Ərzurumda mətbuat konfransı keçirərək bir vaxtlar dəstək verib hakimiyyətə gətirdikləri “Ərdoğanın zülmünə” üsyan ediblər.

Fətullah Gülənin qohumlarından Kamal Gülən yaxın tarixdə bu cür qaralama kampaniyasının şahidi olmadıqlarını deyib. O, “zülm və haqsızlıq qarşısında susaraq dilsiz şeytan olmaq istəmədiklərini” bildirib.

Fətullah Gülənin tayfası adından qəbul edilmiş bəyanatı oxuyan Kamal Gülən deyib: “Dövlətin malını soyanlar, bir loxma və bir xurma ilə yaşamağın nə demək olduğunu dərk edə bilməyənlər möhtərəm böyüyümüzə qarşı çirkab atmağa çalışır. Ancaq bilməlidirlər ki, bu çirkablar onun dumduru həyatında heç bir iz buraxa bilməz”.

“Hocaefendi”nin qohumları “heç hərbi çevriliş dövrlərində də belə təhqirlərə məruz qalmadıqlarını” , Fətullah Gülənin zülm və haqsızlıqlara məruz qaldığını deyiblər.

Tayfa üzvləri bildiriblər ki, Fətullah Gülənin iradə göstərib susmasından istifadə edən bəziləri aylardır onun arxasınca danışır, ağlasığmaz iftiralar atır və onu çirkin təhqirlərə məruz qoyur.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı