Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Yoxa çıxan “Boeing 777”lə bağlı sirli vəziyyət

Martın 7-də gecə Cənubi Çin dənizi üzərində yoxa çıxan və Malayziyanın “Malaysian Airlines” şirkətinə məxsus olan “Boeing 777-200” sərnişin təyyarəsi ilə bağlı sirli vəziyyət yaranıb.

Təyyarənin axtarışları onlarla gəminin və vertolyotların, habelə kosmik peykin iştirakı ilə davam etdirilir. Lakin bu günə qədər təyyarənin izinə rast gəlmək mümkün olmayıb.

Axtarış qrupu dənizdə təyyarəyə aid ola biləcəyi güman edilən ikinci predmet tapıldığını açıqlasalar da daha sonra məlum olub ki, həmin predmetin itən təyyarəyə dəxli yoxdur.

Amerika kəşfiyyatı göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olan təyyarənin aqibətinin necə olduğuna dair bir neçə versiya üzərində işləyir.

Pekin televiziyasının efirində gedən videorolikdən məlum olur ki, təyyarənin sərnişinlərindən bəzilərinin telefonları hələ açıqdır, lakin zənglərə cavab verən yoxdur. Belə ki, qardaşı təyyarənin sərnişinləri arasında olan şəxs onun mobil telefonuna zəng edib, ancaq dəstəyi götürən olmayıb.

Təyyarənin axtarışları ilə hazırda Malayziya, Avstraliya, Çin, Tailand, İndoneziya, Sinqapur, Vyetnam, Filippin və ABŞ-ın hava və dəniz qüvvələri məşğuldur. Çin axtarış əməliyyatında iştirakını genişləndirib.

Eyni zamanda hava gəmisinin yoxa çıxması ilə bağlı bütün nüanslar araşdırılır. İnterpol bildirir ki, sərnişinlərin arasında oğurluq pasportlarla qeydiyyatdan keçmiş bir neçə şəxs olub. Bu fakt təyyarənin terror hücumuna məruz qala biləcəyinə dair versiyanı gündəmə gətirib.

Oğurluq pasportlardan birinin sahibi italiyalıdır və hazırda o, Tailandda səyahətdədir. Digəri isə Avstriya vətəndaşıdır, pasportu iki il əvvəl oğurlanıb, özü hazırda Tailandda səyahətdədir.

Mütəxəssislər təyyarənin qaçırılması versiyasını da istisna etmir. Təyyarə ilə əlaqə layner Malayziya paytaxtından havaya qalxandan təxminən iki saat sonra kəsilib. Yoxa çıxmazdan əvvəl təyyarə geri dönüb, laynerin kursu dəyişdirməsi radarlar tərəfindən qeydə alınıb. İstisna deyil ki, pilotlar paytaxt Kuala Lumpura geri qayıtmağa cəhd ediblər.

Bununla belə göyərtədən qəfil qəza və ya havada partlayışa dəlalət edən heç bir siqnal alınmayıb. Təyyarənin sərnişinlərindən 154-ü Çin vətəndaşıdır, qalanları Malayzaiya, Hindistan, Avstraliya, ABŞ, Fransa, Yeni Zelandiya, Kanada, Ukrayna, Rusiya və Niderland vətəndaşlarıdır.
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00
Hərbi təyyarə qəza