Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Rusiyada miqrantlarla bağlı daha bir önəmli addım

Moskva merinin müavini Marat Xusnullin tikinti şirkətlərinə miqrantların əməyindən imtina etmələri ilə bağlı xəbərdarlıq edib

Region Rusiyanın Federal Miqrasiya Xidməti Moskva ətrafındakı Dolqoprudniy meyvə-tərəvəz bazasında reyd keçirib. Burda qanunsuz işlədiyi bildirilən 63 miqrant saxlanaraq ölkədən deportasiya edilib. Bazarın sahiblərinə qarşı da inzibati iş açılıb.

Bu arada, Moskva rəhbərliyindən miqrantlara qarşı daha bir təklif gəlib. Paytaxt merinin müavini Marat Xusnullin şəhərdə fəaliyyət göstərən tikinti şirkətlərinə xəbərdarlıq edərək deyib ki, onlar miqrantların əməyindən imtina etməlidirlər. Əks halda bu sahibkarlar cəzalandırılacaq.

Moskva şəhər polis idarəsinin rəhbəri Anatoli Yakunin isə bəyan edib ki, Moskva polisi hər həftənin cümə günü qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparacaq. Onun sözlərinə görə, həmin günlərdə şəhər küçələrində həmişəkindən daha çox polis əməkdaşı olacaq və onlar miqrantların yaşadığı ehtimal olunan mənzillərdə yoxlamalar aparacaq. “Siqnal” adını alan əməliyyata şəhərin hüquq-mühafizə orqanları ilə yanaşı, könüllü dəstələr də qatılacaq. Yakuninin sözlərinə görə, ilin sonunadək qanunsuz şəkildə kirayə verilən mənzillərin hamısı aşkar olunmalıdır. Moskva meri Sergey Sobyanin açıqladığı məlumata görə, hazırda Moskvada 130 min mənzil qeyri-qanuni şəkildə icarəyə verilir.
1757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber