Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

"Sovetski"yə Çin yanaşması

Vətəndaşın evini sökmədilər, yanından keçirlər

Bakının "Sovetski" adlanan ərazisinin sakinləri evlərinin sökülməsi müqabilində onlara təklif edilən təzminatla razılaşmırlar. Artıq bununla bağlı sakinlər bir neçə dəfə etiraz aksiyası da keçiriblər. Aksiyalar zamanı həbs olunanlar və müxtəlif müddətə həbs edilənlər də var. Bu Azərbaycanda ilk deyil. Bundan öncə də hündürmərtəbəli bina tikmək istəyən məmur- oliqarxların vətəndaşların evlərini buldozer qarşısına verməsinin və əvəzində dəyərindən az kompensasiya ödəməsinin şahidi olmuşuq.

Son günlər "Sovetski"dəki qalmaqalla bağlı sosial şəbəkələrdə maraqlı foto yayılıb. Belə ki, Çinin Çjeszyan əyalətində əhəmiyyətli yol qovşağının ortasında qalan binanın sakinləri onlara verilən kompensasiya ilə razılaşmırlar. Dəfələrlə danışıqlar aparılsa da, vətəndaşlar verilən pulla, hökumət isə tələb edilən məbləğlə razılaşmırlar. Nəticədə, bina yenicə inşa edilən yolun ortasında qalıb. /musavat/
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi